Polis 3 komandanın stadionunda axtarış apardı - SƏBƏB
18-05-2023, 16:53
6 016

Polis 3 komandanın stadionunda axtarış apardı - SƏBƏB

Portuqaliyanın vergi polisi "Benfika", "Sportinq" və "Porto"nun stadionlarında axtarışlar aparıb. 
Bu barədə CNN Portugal xəbər verir.
Mənbənin sözlərinə görə, axtarışlar futbolçuların transferində vergi saxtakarlığı və çirkli pulların yuyulması ilə bağlıdır.
“Benfika” yarımmüdafiəçi Qoncalo Qedeşin PSJ-yə transferi və 2015-2020-ci illər arasında digər əməliyyatlar şübhə altındadır. "Porto" və "Sportinq"də də bir sıra transferləri şübhə altına alınır və “Porto”nun prezidenti və oğlunun evlərində də axtarışlar aparılıb.
Hazırda prosesdə 47 təqsirləndirilən şəxs var. Ümumilikdə 58 milyon avro sui-istifadə edilib.
Portuqaliya çempionatının bu mövsümündə “Benfika” 32 oyundan sonra 83 xalla birinci, “Portu” ikinci (79), “Sportinq” dördüncü (70) pillədə qərarlaşıb.

Oxşar xəbərlər