Güclü sel 9 nəfəri öldürdü
18-05-2023, 16:58
6 020

Güclü sel 9 nəfəri öldürdü

İtaliyanın şimalında təbii fəlakət baş verib.
Xarici mətbuat xəbər verir ki, İtaliyanın şimalında Emiliya-Romanya bölgəsinə yağan güclü yağışlar nəticəsində 9 nəfər həlak olub, minlərlə insan təxliyə edilib. Təbii fəlakət sel və torpaq sürüşməsinə də səbəb olub.
Hökumət bəzi ərazilərdə orta illik yağıntının yarısının cəmi 36 saat ərzində düşdüyünü, nəticədə çayların daşdığını və əkin sahələrini su basdığını bildirib.
Təbii fəlakət nəticəsində İmolada keçiriləcək "Formula-1" Qran Prisi ləğv edilib.


Oxşar xəbərlər