NATO Rusiya ilə qarşıdurma üçün gizli planlar hazırlayıb
19-05-2023, 18:59
8 934

NATO Rusiya ilə qarşıdurma üçün gizli planlar hazırlayıb

NATO iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitdə Rusiya ilə sərhədlər yaxınlığında hərbi mövcudluğunu artırmaq, həmçinin Rusiya ilə mümkün qarşıdurma zamanı döyüş hazırlığının artırılması planlarını müzakirə etməyi planlaşdırır.
Məlumata görə, Vilnüsdə keçiriləcək sammitdə bloka daxil olan ölkə liderləri “minlərlə səhifəlik gizli hərbi planları” təsdiq edəcəklər. Onlar, digər məsələlərlə yanaşı, Soyuq müharibədən sonra ilk dəfə olaraq Rusiyanın hücumu halında alyansın necə cavab verməyi planlaşdırdığını müzakirə edəcəklər.
Mənbə: gazeta.ru

Oxşar xəbərlər