Hindistanda “qurd yağışı”
19-05-2023, 22:46
8 975

Hindistanda “qurd yağışı”

Hindistanda qeyri-adi “qurd yağışı” yağıb.
Şahidlərin sözlərinə görə, bu, onlara İncil vəbasını xatırladıb.
Hadisə Şərqi Hindistanın Nepalla həmsərhəd ştatında yaşanıb. Baş verənlərdən qorxan yerli sakinlər pəncərə və qapıları bağlayaraq evlərində gizləniblər.
İndi mütəxəssislər belə bir təbiət hadisəsinə nəyin səbəb olduğunu müəyyənləşdirməyə çalışırlar.
Yerli media hadisə nəticəsində xəsarət alanların olmadığını bildirib. Lakin yerə düşən böyük həşərat sürüsü səbəbindən insanlar uzun müddət evlərini tərk edə və çölə çıxa bilməyiblər.

Mənbə: gazeta.ru

Oxşar xəbərlər