Ərdoğan: “Qabar dağındakı neftdən də xalqımız istifadə edəcək”
19-05-2023, 13:33
974

Ərdoğan: “Qabar dağındakı neftdən də xalqımız istifadə edəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qabar dağında neft hasilatı işləri ilə bağlı danışıb.
O qeyd edib ki, Türkiyə enerji sektorunda xaricdən asılılığı azaldacaq.
“Qara dəniz qazını ölkəmizə qazandırdıqdan sonra etdiklərimiz göz önündədir; 1 ay müddətinə xalqımızın bu qazdan pulsuz, bir il müddətində isə 25 faiz endirimlə istifadəsini təmin edəcəyik. Sırada Qabar dağındakı neft var. Ondan da xalqımız istifadə edəcək”, - deyə Türkiyə lideri bildirib.
Mənbə: Sondakika

Oxşar xəbərlər