Ədavətli olduğu qonşusunun evini PARTLATDI
19-05-2023, 13:48
921

Ədavətli olduğu qonşusunun evini PARTLATDI

Belqorod vilayətində kişi evə qumbara atıb.
Rusiya mediası bildirir ki, bu yolla kişi qonşusundan qisas almaq qərarına gəlib.
Məlumata əsasən, Valuyki şəhərində yaşayış binasının yaxınlığında F-1 qumbarası partlayıb. 35 yaşlı şəhər sakini qonşusu ilə uzun müddətdir ki, ədavətli olub və çarəsiz addım atmaq qərarına gəlib. Həmin şəxs qumbara taparaq qonşusunun evinə atıb. Nəticədə evin hasarına və fasadına ziyan dəyib.
Həmin şəxs “Əmlakı qəsdən məhv etmə və ya zədələmək” maddəsi ilə başlanan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub. Onu 5 ilə qədər həbs cəzası gözləyir.

Oxşar xəbərlər