Ermənistanda Daşnaksütun Partiyası xalqı küçələrə ÇAĞIRDI
8-12-2020, 12:56
177

Ermənistanda Daşnaksütun Partiyası xalqı küçələrə ÇAĞIRDI

Ermənistanda siyasi şərait olduqca gərgindir.
Bakıtv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün saat 12-də birləşmiş müxalifət qüvvələrinin Nikol Paşinyana istefa tələbi ilə verdiyi ultimatumun vaxtı tamam olub. Baş nazir Nikol Paşinyan istefa verməyib. Müxalif Daşnaksütun Partiyası bununla bağlı ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə erməni xalqının küçələrə çıxması və Paşinyanın istefasını tələb etməsi çağırışı yer alıb.
Kütləvi itaətsizlik və hakimiyyət orqanlarının fəaliyyətinin bloklanması birləşmiş müxalifətin əsas hədəflərindəndir.

Oxşar xəbərlər