"Üçtərəfli sazişlər həlledici əhəmiyyətə malik olmalıdır" - Lavrov
19-05-2023, 14:51
812

"Üçtərəfli sazişlər həlledici əhəmiyyətə malik olmalıdır" - Lavrov

"Moskva Cənubi Qafqazda sülh və sabitliyin yekun bərqərar olmasına töhfə verməyə hazırdır". 
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşündə deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazda üçtərəfli bəyannamələrin rolu çox böyükdür:
"Bu razılaşmalar sülh müqaviləsi ilə bağlı məsələlərin bütün həll yollarının tapılması, bütün yolların blokadadan çıxarılması, sərhədlərin müəyyənləşdirilməsi və sonrakı demarkasiyada həlledici əhəmiyyətə malik olmalıdır”, - deyə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Oxşar xəbərlər