“Adobe” köhnə “Photoshop” istifadəçilərini məhkəməyə verəcək
19-05-2023, 16:14
619

“Adobe” köhnə “Photoshop” istifadəçilərini məhkəməyə verəcək

“Adobe” şirkəti “Photoshop”un köhnə versiyalarından istifadə edənləri hədələyib.
Xarici media xəbər verir ki, şirkət həmin istifadəçiləri köhnə versiyaların istismarını davam etdikləri təqdirdə məhkəməyə verəcəyini bildirib.
“Adobe” nümayəndəsinin sözlərinə görə, istifadəçilərə Creative Cloud-a daxil olan proqramların köhnə versiyalarından istifadə etməyə icazə verilmir. Burada söhbət Photoshop, Premiere, Lightroom Classic, Animate və Media Director-dan gedir. 
Səbəb isə şirkətin artıq bu proqramların köhnə versiyalarını dəstəkləməməsidir. Yəni, istifadəçilər avtomatik olaraq onlardan istifadə lisenziyasını itirirlər.
Artıq bəzi “Adobe” müştərilərinə xəbərdarlıq məktubları göndərilib. Onlar iddia edirlər ki, istifadəçilər şirkətin tələblərinə məhəl qoymasalar, “üçüncü tərəf” tərəfindən məhkəməyə verilə bilərlər. “Adobe” bu qərarın səbəbini birbaşa açıqlamasa da, “davam edən məhkəmə prosesini” qeyd edir.

Oxşar xəbərlər