Bekhem Krala bal hədiyyə verdi
19-05-2023, 16:45
6 383

Bekhem Krala bal hədiyyə verdi

Kral III Çarlz Britaniya Moda Şurasının təşkil etdiyi tədbirdə Vudi Harrelson və Devid Bekhemlə tanış olub.
Tədbir Britaniya modelyerlərinin istedadlarını qiymətləndirən altıncı Kraliça II Elizabet mükafatının təqdimat mərasiminə həsr olunub. Bu il monarx mükafatı Labrum London moda etiketinin yaradıcısı və yaradıcı direktoru sierra-leoneli Foday Dumbuya təqdim edilib.
Bekhem Britaniya Moda Şurasının prezidenti-səfiri kimi bu gecəki şouda iştirak edib. O, 2018-ci ildən bu vəzifəni icra edir. İngiltərənin keçmiş futbol kapitanı Krala bir banka bal verib.

Oxşar xəbərlər