Matmazel Adnan Ziyagili unutmayıb!
19-05-2023, 16:48
6 388

Matmazel Adnan Ziyagili unutmayıb!

Ötən gün “Star” TV-də yayımlanan “Yüz yıllık mucize” serialı sosial mediada viral olub.
Buna səbəb layihədə “Aşk-ı memnu”ya edilən göndərmə rəvac verib.
Belə ki, Zerrin Tekindorun obrazı ekran işində yer alan Adnan adlı şəxsdən borc aldığını bildirib. Bu zaman ona ünvanlanan “Hansı Adnan” sualına, “Adnan Ziyagil”, - deyə, cavab verib.
Qeyd edək ki, Z.Tekindor “Aşk-ı memnu”da Matmazel obrazına həyat verib. O, ssenariyə əsasən biznesmen Adnan Ziyagilə aşiq bir dayəni canlandırırdı.
 

Oxşar xəbərlər