Alla Puqaçova küçələrdə yatan “Арлекино”nun müəllifinə nə etmişdi?
19-05-2023, 16:52
6 412

Alla Puqaçova küçələrdə yatan “Арлекино”nun müəllifinə nə etmişdi?

Andrey Kovalev “Алена, блин!” yutub verilişində Alla Puqaçovanın “Арлекино” hitinin müəllifinə necə kömək etməsi barədə danışıb.
Kovalevin sözlərinə görə, Primadonna şair Boris Barkasın çətin vəziyyətdə olduğunu öyrənib. Belə ki, mahnının müəllifi spirtli içkilərə aludə olub, küçələrdə səfil həyatı sürürmüş.
“Həqiqətən faciə idi: o, içirdi, arvadı onu qovdu, pasportunu itirdi, evsiz qaldı”.
Kovalev qeyd edib ki, Puqaçova onu Barkasa kömək etməyə çağırıb.
“Alla Borisovna mənə zəng edib dedi ki, Andryuxa, gəlin ona iki nəfərlik mənzil alaq. Biz onunla bir mənzil aldıq, amma təəssüf ki, Boris içməyi dayandırmadı. İki həftə ərzində o, demək olar ki, bu mənzili içdi və vəfat etdi”.
Hitin müəllifinin  ölümündən sonra mənzil onun qızına keçib. Allanın köməkçisi Kovalevə sövdələşməni dayandırmağı və əmlakı özünə saxlamağı təklif etsə də, Puqaçova bundan imtina edib və mənzilin Barkasın ailəsinə verib.
 

Oxşar xəbərlər