Sürücü yolu keçən piyadanı yumruqlayıb öldürdü
19-05-2023, 18:04
6 553

Sürücü yolu keçən piyadanı yumruqlayıb öldürdü

Taqanroqda piyadanı vuran 18 yaşlı sürücüyə qarşı cinayət işi açılıb.
Rusiya mediası bildirir ki, hadisə ötən ilin aprelində Rostov vilayətinin Parkovı zolağında baş verib.
İstintaqın məlumatına görə, sürücüsü yolu keçən 41 yaşlı piyada ilə mübahisə edib. Mübahisə zamanı avtomobildən düşən gənc əli ilə piyadanın baş nahiyəsinə vuraraq qaçıb. Zərbənin təsirindən piyada yıxılaraq başı yerə dəyib. Bir neçə gün sonra qapalı kəllə-beyin travması nəticəsində xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi açılıb və 18 yaşlı sürücü ev dustaqlığına buraxılıb. Araşdırma aparılır.

Oxşar xəbərlər