Ukraynada şəhər meri Rusiyaya işləyirmiş
19-05-2023, 17:53
6 302

Ukraynada şəhər meri Rusiyaya işləyirmiş

Luqansk vilayətinin Rubijni şəhərinin meri rusların tərəfinə keçərək şəhərə rəhbərlik edib.
Bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. 
“Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra şəhərin keçmiş meri  könüllü olaraq düşmənlə əməkdaşlığa başlayıb”, - məlumatda deyilir.
Qeyd olunur ki, o, 2022-ci ilin martında Rusiyanın işğalı altında olan “LXR-nin Rubijne şəhərinin administrasiyasının rəhbəri” olmaq təklifinə razılaşıb. Həmin şəxs Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı hücumunu açıq şəkildə inkar edib və ukraynalıları ruslarla əməkdaşlığa çağırıb.
Saxlanılan mer Ukraynada 10 il müddətinə azadlıqdan məhrum edilib.  

Oxşar xəbərlər