Arıqlamayan polislər işdən çıxarılacaq
20-05-2023, 12:52
14 058

Arıqlamayan polislər işdən çıxarılacaq

Hindistanın Assam əyalətinin polis qüvvələri arıqlamayan polislərin vəzifədən uzaqlaşdırılacağını açıqlayıb.
Xarici KİV bildirir ki, Assam polis rəisi Qyanendra Pratap Sinq avqust ayından etibarən polisin bədən kütləsi indeksinin hesablanacağını bildirib. 
Müvafiq olaraq, “obez” kateqoriyasına daxil olan dövlət qulluqçularına noyabr ayına qədər vaxt veriləcək, arıqlaya bilməyənlər isə işdən çıxarılacaq. Müəyyən sağlamlıq problemləri olan polislərin bu tətbiqdən azad ediləcəyini deyən Sinq, ilk öz çəkisinin hesablanacağını qeyd edib.
Ştatda çalışan 300-ə yaxın polis əməkdaşının “fiziki vəziyyətlərinin uyğun olmadığı və həddindən artıq spirtli içki qəbul etdiyi” əsası ilə təqaüdə göndəriləcəyi açıqlanıb.

Oxşar xəbərlər