Kaliforniyanın ən bahalı villasını aldılar
20-05-2023, 13:22
14 002

Kaliforniyanın ən bahalı villasını aldılar

Müğənni Beyons və əri reper Cey Zi Kaliforniyanın ən bahalı malikanəsini alıblar. 
Bu barədə TMZ nəşri məlumat verib. Cütlük Malibunun “Paradise Cove” adlı prestijli ərazisində daşınmaz əmlak sahibi olublar. Sakit okeana baxan uçurumun üstündə yerləşən malikanə məşhur yapon memarı Tadao Ando tərəfindən layihələndirilib.
Əvvəlcə o, rekord qiymətə - 295 milyon dollara satışa çıxarılsa da, ulduz cütlüyə daha kiçik məbləğə - 200 milyon dollara satılıb.
Qeyd edək ki, 2017-ci ildə cütlük 88 milyon dollara Qərbi Los-Ancelesdəki Bel Air-də malikanə alıb.
Beyons və Cey Zi altı illik romantikadan sonra 2008-ci ildə evləniblər. 2012-ci ildə cütlüyün Blue Ivy adını verdikləri bir qızı olub, 2017-ci ildə isə Sir və Rumi əkizləri dünyaya gəlib.

Oxşar xəbərlər