İspaniyada “F-18” qırıcısı qəzaya uğradı: Pilot katapult etdi
21-05-2023, 20:43
10 385

İspaniyada “F-18” qırıcısı qəzaya uğradı: Pilot katapult etdi

İspaniyanın Saraqosadakı aviabazasında “F-18” qırıcısı qəzaya uğrayıb.
Bu barədə Krallığın Hərbi Hava Qüvvələrinin “Twitter” səhifəsində bildirilib.
İnsident bu gün səhər saatlarında aviabazanın təlim poliqonunun istifadə edilməyən hissəsinə təcili eniş manevri zamanı baş verib.
Katapult etməyə nail olan pilot müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Oxşar xəbərlər