İldırım vuran çobanı helikopterlə xəstəxanaya çatdırdılar
22-05-2023, 10:16
505

İldırım vuran çobanı helikopterlə xəstəxanaya çatdırdılar

Türkiyənin Van şəhərində heyvan otaran iki çobanı ildırım vurub. 
Türkiyə mətbuatı xəbər verir ki, Başkale rayonunda baş verən hadisədə ağır xəsarət alan çobanlardan biri 22 yaşlı Səlahəddin İsaoğlu təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. 
20 yaşlı Tacettin Delinin səhhətinin yaxşı olduğu açıqlanıb. 
Onların həyatı üçün təhlükə yoxdur. 

Oxşar xəbərlər