Vəba daha 10 nəfərin həyatına son qoydu
22-05-2023, 18:59
8 664

Vəba daha 10 nəfərin həyatına son qoydu

Cənubi Afrika Respublikasında daha 19 nəfərdə vəba xəstəliyi aşkar edilib.
Yoluxmalar Qautenq əyalətində qeydə alınıb. Son sutkada vəbaya yoluxan 10 nəfərin öldüyü bildirilir.
Ümumi yoluxma sayı barədə açıqlama verilməyib.
Qeyd edək ki, kəskin ishal və qusma ilə müşayiət olunan vəba əsasən çirklənmiş qida və ya su ilə yayılır. Müalicə edilməzsə, bir neçə saat ərzində öldürə bilər.

Oxşar xəbərlər