Rusiyalı deputat Qazaxıstana buraxılmadı
22-05-2023, 19:38
8 670

Rusiyalı deputat Qazaxıstana buraxılmadı

Rusiya Dövlət Dumasının deputatı, MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi sədrinin birinci müavini Konstantin Zatulin əvvəllər ölkə hakimiyyətini tənqid etdiyinə görə Qazaxıstana buraxılmayıb.
Bu barədə “Sputnik” deputatın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Zatulinə pasport nəzarəti zonasından buraxılmayıb.
"Müəyyən çətinliklərdən və Rusiya Xarici İşlər Nazirliyinin vəziyyətə müdaxiləsindən sonra problem həll olunub", - mətbuat xidməti bildirib.

Oxşar xəbərlər