Ermənistanda etirazçılar Təhlükəsizlik Xidmətinin önünə toplaşdılar
8-12-2020, 15:42
206

Ermənistanda etirazçılar Təhlükəsizlik Xidmətinin önünə toplaşdılar

Ermənistanda bir qrup etirazçı Milli Təhlükəsizlik Xidmətinin binası önünə toplaşdılar.
Bakıtv.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, 200-ə yaxın etirazçı Nalbandyan prospektini bağlayaraq xüsusi xidmət orqanının inzibati binasının qarşısına yığışıb.
Nikol Paşinyanın istefası ilə bağlı şüarlar səsləndirilib. Meqafonla müraciət edən polislər etirazçılara binanın qabağını boşaltmaq üçün 10 dəqiqə vaxt verib. Daha sonra aksiya dağıdılıb.

Oxşar xəbərlər