Budanov yenə rus hərbçilərini təslim olmağa çağırdı
22-05-2023, 16:14
6 277

Budanov yenə rus hərbçilərini təslim olmağa çağırdı

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Kirilo Budanov Rusiya hərbçilərini  təslim olmağa çağırıb. 
O, bu  barədə "Telegram"da məlumat yayıb. 
"Bu, daha da pis olacaq. Seçiminiz var - ölmək və ya həyatını xilas etmək", - Budanov vurğulayıb.
Həmçinin, Budanov vurğulayıb ki, Ukrayna ruslara Kreml rəhbərlərinin sərsəm ambisiyalarının mənasız qurbanı olmamaq və evlərinə sağ-salamat qayıtmaq şansı verir.

Oxşar xəbərlər