Dörd yaşlı uşaq dərmandan zəhərləndi
23-05-2023, 11:37
998

Dörd yaşlı uşaq dərmandan zəhərləndi

Sankt-Peterburqun Petroqradski rayonunda körpə valideynlərinin nəzarəti ucbatından antidepresanları içib.
Rusiya KİV bildirir ki, dörd yaşlı uşaq Şamşeva küçəsindəki mənzildə dərmanlar içərək zəhərlənib və təcili olaraq xəstəxanaya yerləşdirilib.
Valideynlərin sözlərinə görə, onlar oğlunu bir neçə dəqiqə nəzarətsiz qoyublar.
Azyaşlının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Oxşar xəbərlər