Zaporojyedə dörd yük maşını dolu hərbçi meyiti tapıldı
23-05-2023, 13:50
745

Zaporojyedə dörd yük maşını dolu hərbçi meyiti tapıldı

Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Ukraynanın əksər vilayətlərinə yenidən dron hücumları olub.
Qeyd edilib ki, Kiyevə edilən hücumların qarşısı alınsa da, digər vilayətlərdə dron zərbələri müşahidə olunub.
Məlumata görə, Donetsk və Baxmut istiqamətində döyüşlər daha da şiddətlənib:
“Ötən gecə Ukrayna ordusu Baxmut ətrafında daha yarım kilometr ərazini işğaldan azad edib. Qarşılıqlı əks-hücumlar davam edir”.
O da bildirilib ki, ağır döyüşlərin getdiyi digər ərazi Zaporojyedir:
“Hücumları artıran Rusiya ordusunun qarşısı Çapayevka kəndində alınıb. Ukrayna ordusunun endirdiyi dəqiq artilleriya zərbələri nəticəsində Rusiya ordusu itki verib. Hərbçilərin sözlərinə görə, həmin kənddə döyüşdən sonra dörd yük maşını dolu hərbçi meyiti tapılıb”.

Oxşar xəbərlər