Türkiyədə hərbi maşın aşdı - 4 əsgər yaralandı
23-05-2023, 14:11
804

Türkiyədə hərbi maşın aşdı - 4 əsgər yaralandı

Türkiyənin Ərdahan bölgəsinin Çıldır rayonunda hərbi maşın aşıb.
Türkiyə mətbuatı xəbər verir ki, Kurtkale kəndi yaxınlığında baş verən qəzada 4 Türk hərbçi yaralanıb. 
Əsgərlərin olduğu avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində yoldan çıxıb. 
Yaralı əsgərlər təcili yardım maşınları ilə Ərdahan və Çıldır dövlət xəstəxanalarına aparılıb.

Oxşar xəbərlər