Türkiyə şəhərlərində leysan: Avtomobilləri sel apardı
23-05-2023, 14:48
721

Türkiyə şəhərlərində leysan: Avtomobilləri sel apardı

Türkiyənin Adana və Mersin şəhərlərinə yağan leysan səbəbindən evlər, iş yerləri, avtomobillər su altında qalıb.
Səhər saatlarında şəhər mərkəzində başlayan leysan səbəbindən bəzi küçə və prospektlərdə gölməçələr meydana gəlib, nəqliyyatın hərəkətində gecikmələr olub.
Yağışa hazırlıqsız yaxalanan sakinlər islanmamaq üçün binaların girişlərinə və avtobus dayanacaqlarına sığınıblar.
Yollarda sel sularında sürüklənən avtomobillərin görüntüləri yayılıb.






Mənbə: İHA

Oxşar xəbərlər