Medvedev yenidən "nüvə apokalipsisi"ndən danışdı
23-05-2023, 15:31
802

Medvedev yenidən "nüvə apokalipsisi"ndən danışdı

"Nüvə apokalipsisi"nin baş vermə ehtimalı birbaşa Kiyevə verilən silahların növündən asılıdır. 
TASS xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. 
"Nə qədər çox silah tədarük edilsə, dünya bir o qədər təhlükəli olacaq", - Medvedev ifadə edib. 
O, həmçinin bildirib ki, Kiyev rejiminin hərbi komponentinin gücləndirilməsinə yönəlmiş hərəkətlər hərbi münaqişənin uzanmasına və qurbanların sayının artmasına gətirib çıxaracaq.

Oxşar xəbərlər