Yağışın altında konsertə davam etdi
23-05-2023, 17:44
6 711

Yağışın altında konsertə davam etdi

33 yaşlı dünyaca məşhur müğənni Teylor Sviftin növbəti konserti güclü yağış altında baş tutub.
Mayın 20-i Foxboroughda səhnə alan sənətçi dəyişkən havaya baxmayaraq performansına məmnuniyyətlə davam edib. 
Tamamilə islanan Svift “Gilette” stadionunda əsl şou göstərib. Yağış yağan zaman ifaçının rəqqasları da anın dadını çıxarmağa çalışıblar. 
Sosial şəbəkələrdə isə bir sıra məqamlar maraqla qarşılanıb. Məsələn, yağış altında mikforofonların və digər texniki avadanlıqların necə işləməyə davam etdiyi, Teylorun səhnənin su olmasına baxmayaraq, necə yıxılmaması və sairə məsələlərlə bağlı suallar yazılıb. Yenə də müğənninin çox gözəl göründüyü və həmin an necə xoşbəxt olduğunu deyənlər olub.
Qeyd edək ki, Teylor əvvəlki illərdə də çətin hava şəraitində konsert verməyə davam etmişdi.  

Oxşar xəbərlər