Dünyanın beşdə birində təhlükəli istilər olacaq
23-05-2023, 17:02
6 439

Dünyanın beşdə birində təhlükəli istilər olacaq

Dünya əhalisinin beşdə biri təhlükəli istilərə məruz qalacaq. 
Bu barədə “Exeter” və “Nankinq” universitetlərinin alimləri danışıb. 
Məlumata görə, 2100-cü ilə qədər qlobal istiləşmə pik nöqtəyə çatacaq. Buna görə də kifayət qədər ciddi tədbirlər görülməlidir. 
Alimlərin sözlərinə görə, təxminən 60 milyon insan artıq təhlükəli istilərə məruz qalıb. 2100-cü ilə qədər isə bu rəqəm iki milyarda qədər çatacağı ehtimal olunur. 
Qlobal istiləşmə zamanı temperatur 3,6-4,4 dərəcə Selsi yüksəldikdə, dünya əhalisinin yarısı əlverişli iqlim yuvasından kənarda qala bilər. Bu da onun mövcudluğuna “ekzistensial risk” yaradacaq.

Oxşar xəbərlər