Mağazaya gec getdiyi üçün cekpot qazandı
23-05-2023, 17:10
6 419

Mağazaya gec getdiyi üçün cekpot qazandı

Amerikanın Miçiqan bölgəsində bir kişinin hər dəfə lotereya biletləri aldığı mağaza iş vaxtı başa çatdığı üçün bağlanıb. 
O, bu səbəbdən ilk dəfə biletləri başqa mağazadan alıb. Nəticədə 2 milyon dollar qazanıb. 
“Həmişə eyni satıcıdan bilet alıram. Amma bir axşam mağazaya gecikdim və bağlanmışdı. Ona görə də bilet almaq üçün başqa mağazaya getdim”, - o bildirib. 
Onun sözlərinə görə 2 milyon qazandığına əvvəlcə inanmayıb: 
“Uzun müddətdir lotereya oynayıram. Ona görə də bu böyük məbləği udmağım mənə heyrətamiz gəldi. Bu mükafatı qazanmaq həqiqətən mənim həyatımı dəyişəcək”. 
Məlumata görə, qalib şəxs ev pulunu ödəmək və ailəsinə kömək etmək üçün istifadə etməyi planlaşdırır. 

Oxşar xəbərlər