Alimlər “İncil”in gizli mətnini tapıblar
23-05-2023, 17:28
6 391

Alimlər “İncil”in gizli mətnini tapıblar

Avstriya Elmlər Akademiyasının tarixçiləri ultrabənövşəyi şüalar vasitəsilə “İncil”in öncələr elmə məlum olmayan yeni mətnini tapıblar. Yeni tapılmış qədim mətnin 1500 yaşı var.
Bu barədə “New Testament Studies” jurnalında məlumat verilib.
Yeni tapılmış mətn Vatikanın arxivində qorunan Matvey “İncili”nin 12-ci bölümünün yazıldığı səhifədə, məlum mətnlərin altında gizlədilibmiş.
Qədimdə kağız qıtlığı olduğuna görə, insanlar bir mətni digər mətnin üzərində yaza bilirdilər.  Nümunə üçün qeyd edək ki, intibah dövründə eyni kətan parçasının üzərində də bir neçə rəsm əsəri çəkilirdi. Müasir dövrdə qədim əlyazmaların alt qatları ultrabənövşəyi şüalar vasitəsilə tapılır.
Avstriyalı alimlərin tapdığı mətnin üzərində 3 əlavə mətn yazılıbmış.

Oxşar xəbərlər