Türkiyədə prezident seçkisi üçün xaricdə verilən səslərin sayı açıqlanıb
23-05-2023, 17:50
6 348

Türkiyədə prezident seçkisi üçün xaricdə verilən səslərin sayı açıqlanıb

Mayın 20-dən etibarən Türkiyənin xarici ölkələrin nümayəndəliklərində və gömrük-keçid məntəqələrində 28 mayda keçiriləcək prezident seçkisi üçün səsvermə prosedurları davam edir.
Türkiyə Mərkəzi Seçki Komissiyasından əldə edilən məlumata görə, xarici nümayəndəliklərdə və gömrük-keçid məntəqələrində səs verən seçicilərin sayı 1 585 334 nəfər olub.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosedurları mayın 24-də başa çatacaq, gömrük-keçid məntəqələrində isə mayın 28-də saat 17:00-dək davam edəcək.
Xatırladaq ki, ilk turda namizədlərdən heç biri müəyyən edilən səsi toplamayıb və seçkinin ikinci turu mayın 28-də keçiriləcək.
Mənbə: Anadolu

Oxşar xəbərlər