Kişi ilan yeyib gülməyə başladı
23-05-2023, 17:56
6 317

Kişi ilan yeyib gülməyə başladı

Hindistanda kişi ilan yeyib.
Xarici media bildirir ki, hadisə Lalkuan əyalətində baş verib. Ad və soyadı bilinməyən bir kişi əvvəlcə tutduğu ilanın başını qoparıb. Daha sonra onu yeməyə başlayıb. O, ilk tikəni udduqdan sonra gülməyə başlayıb.
Həmin anlar ətrafda olanlar tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayılıb. Görüntülərdən sonra yerli heyvan qoruma təşkilatları ilanı yeyən kişini məhkəməyə veriblər.

Oxşar xəbərlər