Qız 62 dollara 3 ölkəni gəzdi – Necə?
23-05-2023, 17:59
6 318

Qız 62 dollara 3 ölkəni gəzdi – Necə?

Səbinə Troyanova ucuz biletlərlə üç ölkəyə səyahət edib. 
O, səyahətlərin baha olduğu barədə mifləri məhv edib. 
Həvəskar turist bir gün əvvəl büdcəsinə uyğun olaraq hara gedəcəyini seçib. O, qarşısına üç ölkə gəzməyi məqsəd qoyub. 29 yaşlı qız bu il mayın 9-da Londondan Dublinə 12,99 funt-sterlinqə (27 manat 34 qəpiyə) uçuş bileti tapıb.
İrlandiyanın şəhərində iki gün qaldıqdan sonra o, Fransanın Marsel şəhərinə səyahət edib.  Həmin gün isə cəmi 17,38 funt-sterlinqə (36 manat 58 qəpik) ucuz bilet alıb. Fransanın cənubunda istirahət etdikdən sonra Səbinə 16 funt-sterlinqə (33 manat 68 qəpik) İspaniyanın Palma şəhərinə uçub. 
İki gecəlik yaşayış və uçuşlar da daxil olmaqla, Səbinə cəmi 613,83 funt sterlinq (1292 manat) xərcləyib. O, xərcləri daha da azalda biləcəyinə əmindir.
“Bir çox insanlar səyahət etmək istədiklərini, lakin buna imkanları olmadığını deyirlər. Niyyətim yeni ölkəyə ən ucuz təyyarə ilə getmək idi... Şəhərləri piyada gəzdim. Göstərmək istədim ki, qadın təkbaşına da səyahət edə bilər”.
Troyanova bütün həyatı boyu 60 ölkəyə səfər edib. O, tək səyahət etməyi sevir və artıq Pakistan, Şərqi Afrika və digər ərazilərdə olub. İndi o, üç aylıq Argentinaya köçür və orada pulsuz evə baxacaq.

Oxşar xəbərlər