Hulusi Akar Suriyanın şimalında zərərsizləşdirilən terrorçulardan danışdı
23-05-2023, 18:22
6 271

Hulusi Akar Suriyanın şimalında zərərsizləşdirilən terrorçulardan danışdı

Suriyanın şimalında ötən gecə 19 terrorçu zərərsizləşdirilib.
Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar məlumat verib.
“Terrorla mübarizə artan templə davam edir. Terrorun mənbəyində qurudulması strategiyasını tətbiq edirik”, - deyə o bildirib.
“Son bir ayda 126 terrorçu zərərsizləşdirilib”, - deyə Hulusi Akar əlavə edib.
Mənbə: Haber Global

Oxşar xəbərlər