Rusiya benzin ixracına qadağa qoya bilər
24-05-2023, 19:00
9 292

Rusiya benzin ixracına qadağa qoya bilər

"Rusiya hökuməti daxili bazarda yanacaq qıtlığının qarşısını almaq üçün benzin ixracına qadağa qoymağı düşünür".
Bu barədə "Reuters" məlumat yayıb. 
Məlumatda qeyd olunub ki, hökumət birjada benzinin icbari satışının həcmini artıra bilər: "Ötən həftə Sankt-Peterburq Birjasında Aİ-95 markalı benzinin topdansatış qiymətləri 2021-ci ilin rekordunu yenilədi - 60 min rubldan çox. Bununla yanaşı, Energetika Nazirliyi bunun pərakəndə satış qiymətlərinə təsir etməyəcəyini bildirib".
Aprelin sonunda Rusiyanın maliyyə naziri Anton Siluanov neft qiymətlərinin kəskin dəyişməsi zamanı daxili bazarda yanacağın qiymətini saxlamaq üçün nəzərdə tutulmuş amortizatorun yarıya endirilməsi planlarını açıqlamışdı. 

Oxşar xəbərlər