“Honda” “Formula-1”ə qayıdır
25-05-2023, 00:39
9 209

“Honda” “Formula-1”ə qayıdır

Yaponiya avtomobil istehsalçısı “Honda” 2026-cı ildə “Aston Martin” komandası üçün mühərrik istehsalçısı və təchizatçısı kimi “Formula-1” yarışlarına qayıdacaq.
Bu barədə şirkətin prezidenti Toşihiro Mibe bildirib.
“Qərar verildi ki, “Honda” mühərrik tədarükçüsü kimi 2026-cı il mövsümündən etibarən “Formula-1” dünya çempionatında iştirak etsin”, - Mibe deyib.
Xatırladaq ki, 2021-ci ildə konsern “Formula-1”i tərk etmək qərarına gəlib. “Honda” hazırda bəzi texniki məsələlərdə “Red Bull”a dəstək olur.
Mənbə: tass.ru

Oxşar xəbərlər