Dünya
24-05-2023, 11:46
694
Turist kimi 193 ölkədə olub
ABŞ-dan olan kişi dünyanın bütün ölkələrinə səfər edib.
Xarici media məlumatına görə, onun səyahətlərində son nöqtə Türkmənistan olub.
San-Dieqodan olan Rendi Uilyams Türkmənistana dörd il turistlər üçün qapalı qaldıqdan sonra səfər edib.
"Türkmənistan planetin ən sirli və ziyarətçilər üçün ən qapalı ölkələrdən biridir", - amerikalı yazıb.
Uilyams Birləşmiş Millətlər Təşkilatının üzvü olan 193 ölkənin hamısına, həmçinin Vatikana və Fələstinə səfər edib. O, səyahət zamanı həmçinin Kosovo, Qərbi Sahara və Tayvan da daxil olmaqla mübahisəli ərazilərdə dayanıb.
İndi Rendi növbəti rekordu haqqında düşünür. Zarafatla deyir ki, dünyanın bütün ölkələrini gəzdiyindən indi öz dövlətini qurmaq vaxtıdır.