İstanbulda FETÖ əməliyyatı: 33 zabit saxlanıldı
24-05-2023, 11:49
725

İstanbulda FETÖ əməliyyatı: 33 zabit saxlanıldı

İstanbul polisi  FETÖ terror təşkilatına qarşı əməliyyat keçirib. 
Türkiyə KİV xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun FETÖ/PDY terror təşkilatına qarşı apardığı əməliyyatlar çərçivəsində Dəniz Qüvvələri Komandanlığına aidiyyatı olan şəxslər tutulub. 
 Belə ki, İstanbulun 9 fərqli bölgəsində 6-sı zabit, 20-si astsubay və 7-si Hərbi-Dəniz Qüvvələri Komandanlığının üzvü olduğu təsbit edilən 33 şübhəli saxlanılıb.

Oxşar xəbərlər