Netflix pulsuz hesab paylaşımını qadağan etdi
24-05-2023, 13:13
1 027

Netflix pulsuz hesab paylaşımını qadağan etdi

Netflix axın xidmətinin amerikalı istifadəçiləri mayın 23-də öz hesablarını kənar şəxslərlə pulsuz paylaşmağın qadağan edildiyi barədə bildiriş alıblar.
Platforma indi yalnız bir ailənin hesabdan istifadə edə biləcəyini vurğulayıb
“Ailənin bütün üzvləri harada olurlarsa olsunlar- evdə, yolda, səyahət zamanı Netflix-dən həzz ala və yeni xidmətlərin üstünlüklərindən istifadə edə bilərlər”.
Netflix profilini digər şəxslərlə ilə paylaşmaq istəyənlərdən ayda əlavə 7,99 dollar ödəmələri tələb olunacaq. Bir istifadəçi üçün standart plan ayda 15,49 dollara başa gəlir.

Oxşar xəbərlər