Gəlin toydan qaçan bəyi tutub, nikah masasına əyləşdirdi
24-05-2023, 13:32
1 003

Gəlin toydan qaçan bəyi tutub, nikah masasına əyləşdirdi

Hindistanda gəlin toydan qaçan bəyi ən azı 20 kilometrlik təqibdən sonra yaxalayaraq nikah masasına əyləşdirib.
Hadisə Uttar Pradeş əyalətinin Bareilly şəhərində baş verib.  
Belə ki, cütlük 2,5 illik münasibətini evliliklə taclandırmaq istəyib. Toy günü üçün bütün hazırlıqlar tamamlansa da, bəy orada olmayıb. Toy geyimində gözləyən gəlin bəyə zəng edərək onun harada olduğunu soruşub. Bəydən “anamı toya gətirirəm” cavabını alan gəlin buna inanmayıb və gələcək ərinin arxasınca gedib.
Ən azı 20 kilometrlik iki saatlıq təqibdən sonra gəlin bəyi Bareilly kənarında avtobusda tapıb. Ailələrin dəstəyi ilə Bareilly kənarındakı məbədə gətirilən bəy burada gəlinlə evlənib. 
Bu əsnada iki ailə və ətrafdakılar gəlini "evliliyini qoruyan cəsarətinə" görə təbrik edib. 

Oxşar xəbərlər