Türkiyədə COVID-19 tədbirləri çərçivəsində ödənilən inzibati cərimələr geri qaytarılacaq
24-05-2023, 13:53
990

Türkiyədə COVID-19 tədbirləri çərçivəsində ödənilən inzibati cərimələr geri qaytarılacaq

Türkiyənin Konstitusiya Məhkəməsi (AYM) COVID-19 tədbirləri çərçivəsində tətbiq edilən inzibati cərimələrin geri qaytarılmaması ilə bağlı müddəanı konstitusiyaya zidd hesab olunaraq ləğv edib.
“Resmi Gazete”nin bugünkü sayında yer alan qərara görə, İzmir 4-cü İnzibati Məhkəməsi COVID-19 tədbirləri çərçivəsində ödənmiş cərimələrin qaytarılmaması haqqında müddəanın konstitusiyaya zidd olduğunu əsas gətirərək onun ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət ünvanlayıb.
Konstitusiya Məhkəməsi sözügedən qanunda “toplanan inzibati cərimələr geri qaytarılmır” müddəasını ləğv edib.

Oxşar xəbərlər