Rusiyada baş verən yanğın nəticəsində bir ailənin bütün üzvləri yanaraq ölüblər
24-05-2023, 14:22
916

Rusiyada baş verən yanğın nəticəsində bir ailənin bütün üzvləri yanaraq ölüblər

Başqırdıstanın Blaqovar rayonunda yaşayış evində baş verən yanğın nəticəsində dörd nəfər həyatını itirib.
Bu barədə məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyinin Başqırdıstan Respublikası üzrə Baş İdarəsinin Mətbuat Xidməti yayıb.
Məlumatda qeyd olunur ki, yanğın nəticəsində ölən dörd nəfərdən biri azyaşlı, digər üç nəfər isə orta yaşlarında olan şəxslərdir.
Onların şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb.
Yanğın nəticəsində ev tamamilə yararsız hala düşüb.

Mənbə: TASS

Oxşar xəbərlər