Ukraynadakı müharibədə 20 min "Vaqner" muzdlusu öldürülüb
24-05-2023, 15:34
885

Ukraynadakı müharibədə 20 min "Vaqner" muzdlusu öldürülüb

Ukraynada müharibə başlayandan bəri "Vaqner" özəl hərbi təşkilatının 20 min muzdlusu öldürülüb. 
Bu barədə "Vaqner"in yaradıcısı və rəhbəri Yevgeni Priqojin bildirib.
Priqojinin dediyinə görə, ölənlərdən bəziləri həbsxanadan döyüşmək müqabilində azad olunan məhbuslardır: "Koloniyalardan "Vaqner" sıralarına 50 min adam qoşulmuşdu".

Oxşar xəbərlər