Kitabının gəlirlərini onlara bağışladı
24-05-2023, 16:06
822

Kitabının gəlirlərini onlara bağışladı

Tanınmış türk aktyor Engin Akyürek “Zamansız” adlı kitabı işıq üzü görüb.
Sayca onun ikinci kitabıdır. Sənətçi İnstaqram hesabında yeni nəşri izləyiciləri ilə bölüşərək bunları yazıb:
“Uzun bir aradan sonra ikinci hekayə kitabım “Zamansız” qarşınızdadır. Həmin uzun araya xoşagəlməz hadisələr girdi. Amma bu kitabı hər şeyə rəğmən ümid dolu bir dünyada yaşamaq istəyimizin var olduğunu bilmək, bu duyğuda bir dad buraxa bilmək adına paylaşmaq istədim”.
O həmçinin bildirib ki, kitabdan nə gəlir əldə ediləcəksə, hamısı “Türkiyə Onurğa iflicləri” dərnəyinə bağışlanılacaq. 
Qeyd edək ki, E. Akyürekin bundan başqa “Sessizlik” adlı kitabı var.

Oxşar xəbərlər