Şahzadəni artıq ödənişlə də qorumurlar
24-05-2023, 16:09
831

Şahzadəni artıq ödənişlə də qorumurlar

Kral ailəsini tərk edərək ABŞ-yə köçən şahzadə Herri və həyat yoldaşı Meqan Markl İngiltərədə kral ailəsinin üzvlərinə verilən polis müdafiəsindən məhrum edilib.
Şahzadənin Daxili işlər nazirliyinin qərarına qanuni etiraz etmək cəhdinə icazə isə verilməyib.
Hakim Martin Çemberlen verdiyi yazılı açıqlamada şahzadənin vəkillərinin nazirliyin onun qərarının məhkəmə yolu ilə yoxlanılması tələbini qəbul etmədiyini bildirib.
Qərar şahzadə Herri və həyat yoldaşı Meqan Marklın keçən həftə mərasimə qatılacaqları ABŞ-ın Nyu-York şəhərində paparatsiyalarla avtomobil təqibindən sonra verilib.
Qeyd edək ki, cütlük 2020-ci ildə kral ailəsindəki vəzifələrindən istefa verərək ABŞ-də məskunlaşdıqdan sonra Böyük Britaniyada kral ailəsinin üzvlərinə verilən polis müdafiəsindən məhrum olublar.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyi 2020-ci ilin fevralında qərar vermişdi ki, şahzadə Herri İngiltərədə olarkən, hətta öz hesabına belə şəxsi polis müdafiəsi almayacaq.

Oxşar xəbərlər