Avropa Mərkəzi Bankından avro ilə bağlı açıqlama: “Üç-dörd ildən sonra...”
24-05-2023, 16:15
802

Avropa Mərkəzi Bankından avro ilə bağlı açıqlama: “Üç-dörd ildən sonra...”

“Üç-dörd il sonra rəqəmsal avro dövriyyəyə buraxıla bilər, lakin tələbat olduğu müddətcə əsginaslar mövcud olacaq”.
Bu barədə Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Fabio Panetta elan edib.
Onun sözlərinə görə, AMB rəqəmsal avronun digər mərkəzi bank rəqəmsal valyutaları ilə birlikdə alqı-satqısını təmin etmək üçün ABŞ, Böyük Britaniya, İsveçrə, Kanada, Yaponiya və İsveçin mərkəzi bankları ilə sıx əməkdaşlıq edir.
Hələ ilkin mərhələdə olduqlarını deyən Panetta görüləcək çoxlu işlərin olduğunu vurğulayıb.
Mənbə: Haber Global

Oxşar xəbərlər