Ukrayna ordusunun baş komandanı Xersonda ağır yaralanıb
24-05-2023, 16:37
6 539

Ukrayna ordusunun baş komandanı Xersonda ağır yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı raket zərbəsi nəticəsində ağır yaralanıb. 
Bu barədə Rusiya hüquq-mühafizə orqanlarının nümayəndəliyindən məlumat verilib. 
Məlumata görə, ukraynalı general mayın əvvəlində Xerson yaxınlığındakı Posad-Pokrovskoe qəsəbəsi yaxınlığındakı Ukrayna ordusunun komanda məntəqəsinə Rusiyanın zərbələri nəticəsində ağır zədə alıb. 
Zalujnının qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir. Generalın xidmətini davam etdirə bilməyəcəyi deyilir. 

Oxşar xəbərlər