ABŞ-də Ağ Evin hasarına çırpılan yük maşınının sürücüsü Baydeni öldürmək istədiyini etiraf etdi
24-05-2023, 17:56
6 329

ABŞ-də Ağ Evin hasarına çırpılan yük maşınının sürücüsü Baydeni öldürmək istədiyini etiraf etdi

ABŞ-də Ağ Evin hasarına çırpılan yük furqonunun sürücüsü Prezident Co Baydeni öldürmək istədiyini etiraf edib.  
Bu barədə məhkəmə sənədlərində məlumat verilib.  
Furqonu idarə edən Missuri ştatının 19 yaşlı sakini Sai Varşit Kandula bildirib ki, altı ay ərzində bu hücumu planlaşdırıb. Onun əsas məqsədi isə Ağ Evə daxil olaraq hakimiyyəti ələ keçirmək olub.
Sənədlərə əsasən, Kandula idarə etdiyi yük furqonu ilə Ağ Evin yaxınlığındakı səkiyə çıxıb və binanın şimalındakı metal hasara çırpılıb.
Polis əməkdaşları onu nəzarətə götürənə qədər Kandula yük maşınını arxaya verib və ikinci dəfə maşını hasara çırpıb.
Dindirilmə zamanı saxlanılan şəxs polisə etiraf edib ki, o, ABŞ-nin hazırkı Prezidenti Co Baydeni öldürmək və hakimiyyəti ələ keçirmək istəyib. O, həmçinin bu yolda qarşısında duran hər kəsə zərər verə biləcəyini də vurğulayıb.
Xatırladaq ki, bazar ertəsi axşam naməlum avtofurqon Ağ Evin yaxınlığında yerləşən Lafayet meydanında qoruyucu baryeri dağıdıb.
Artıq Vaşinqton Ali Məhkəməsinə çıxarılan Sai Varşit Kandula ilk dəfə federal məhkəmə qarşısına çıxarılacaq.
Kandulanın maraqlarını müdafiə edəcək vəkilinin olub-olmaması ilə bağlı məlumat yoxdur.








Mənbə: “NBC News”

Oxşar xəbərlər