Sağlam münasibətin əsas PRİNSİPLƏRİ
24-05-2023, 18:21
6 303

Sağlam münasibətin əsas PRİNSİPLƏRİ

Psixoloq sağlam münasibətin əsas prinsipləri açıqlayıb. 
Xarici KİV xəbər verir ki, bu barədə mütəxəssis Kristina Duran məlumat verib. 
O, bərabərliyi uğurlu birliyin əsas prinsiplərindən biri adlandırıb:
“Biz bir-birimizlə açıq və effektiv ünsiyyət saxlamalıyıq. Demək olar ki, hər kəs səmimi və dürüst danışmağın, hiss və ehtiyaclarını ifadə etməyin, hörmətlə dinləmənin nə qədər vacib olduğunu bilir”.
Bundan əlavə, ekspertin fikrincə, sağlam münasibətdə qarşılıqlı anlaşma, bərabər dəstək, qarşılıqlı hörmət, inam, şəxsi sərhədlərə anlayış və hörmət, güzəştə getmək istəyi olmalıdır. 
“Öz üzərində işləməklə münasibətləri inkişaf etdirməyə çalışmaq vacibdir; səhvlərini etiraf edə, bir növ birgə fəaliyyət üçün imkanlar tapa bilsinlər" deyə psixoloq bildirib.
Sağlam münasibətdə olan hər bir tərəfdaş seçim azadlığına malik olmalıdır. Psixoloq əlavə etdi ki, onların hər ikisi bir-birinə təzyiq göstərmədən qərarını, fikrini dəyişə bilər.

Oxşar xəbərlər